Nəsibə Zeynalovanın kino rolları
ÖGEY ANA

Rejissor: Həbib İsmayılov.
Ssenarist: Anna Yan.
Operator: Xan Babayev.
Rəssam: Elbey Rzaquliyev, Məmməd Hüseynov.
Bəstəkar: Tofiq Quliyev.
Rollarda: Ceyhun Mirzəyev, Nəcibə Məlikova, Fateh Fətullayev, D.Şərifov, Ələsgər Ələkbərov, Həqiqət Rzayeva, Əzizə Məmmədova, Hacı Murad, Nəsibə Zeynalova .

Məzmun: Uşağın məhəbbətini qazanmaqdan ötrü əlindən gələni edən ögey ananın əsl ana kimi təsdiqlənməsi hər ikisinin çətin sınaqdan keçməsindən sonra mümkün olur.
1958 il. Baki kinostudiyası, 35 mm,9 h 2355 m. a/q, 81'21" Ümumittifaq Kinofestivalı, III mükafat (Kiyev, 1959).

MOLLANIN SƏRGÜZƏŞTİ

Rejissor: T.Sasanpur.
Ssenarist: Kəramət Tağıyev, Fərman Eyvazlı.
Operator: Teyyub Axundov.
Rollarda:Möhsün Sənani, Nəsibə Zeynalova, Əli Mənsur, Törə Zeynalova, R.Məmmədova, A.Zeynalov.

Məzmun: Dinlə mübarizədə kommunist siyasətinin məhsulu olan filmdə fırıldaqçı mollanın əliəyriliyindən danışılır.
1960 il. "Azərbaycanfilm", 35 mm, 2 h.,600 m.a/q. ,22'00".

BÖYÜK DAYAQ
Rejissor: Həbib İsmayılov.
Ssenarist: Mirzə İbrahimov.
Operator: Xan Babayev.
Rəssam: Məmməd Hüseynov.
Bəstəkar: Fikrət Əmirov.
Rollarda: Ələsgər Ələkbərov, Tamilla Rüstəmova, Həsən Məmmədov, Firudin Mehdiyev, İbrahim İsfahanlı, L. Rzayeva, Nəsibə Zeynalova, Məmmədrza Şeyxzamanov, Ə. Məmmədov, Hacı Murad, B.Kazımov, H.A.Əzimov, E.Yadigarova, Əli Qurbanov, İsmayıl Dağıstanlı, Z.Əliyeva...

Məzmun: İbrahimovun eyniadlı romanının motivləri əsasında. Rəhbərlik etdiyi adamlara inanan, onlara arxalanan insanın qarşısında qoyduğu məqsədə nail olmasından bəhs edən sosial dram.

1962 il. "Azərbaycanfilm", 35 mm, 9 h.,2551 m.a/q. 93'20".

ULDUZ
Rejissor: Ağarza Quliyev.
Ssenarist: Ağarza Quliyev, Hüseyn Nəcəfov, Yuli Foqelman.
Operator: Yuli Foqelman.
Rəssam: Kamil Nəcəfzadə.
Bəstəkar: Süleyman Ələsgərov.
Rollarda: Tamilla Rüstəmova, Hacı Murad, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, M.Ağazadə, Bəşir Səfəroğlu, Hacıbaba Bağırov, Səyavuş Aslanov, Suğra Sadıqova, Bahadur Əliyev, Əzizağa Qasımov, Nəcibə Behbudova, Məmmədsadıq Nuriyev, Fazil Salayev.

Məzmun:Süleyman Ələsgərovun eyniadlı operettasının motivləri üzrə musiqili komediya.

1964 il. "Azərbaycanfilm", 35 mm, 8 h.,2137 m.a/q. 74'08".

QANUN NAMİN
Rejissor: Muxtar Dadaşov.
Ssenarist: Muxtar Dadaşov, M. Yerzenkyan.
Operator: Əlihüseyn Hüseynov.
Rəssam: Cəbrayıl Əzimov.
Bəstəkar: Qara Qarayev.
Rollarda:Bimbolat Vatayev, Rza Təhmasib, Adil İsgəndərov, Mustafa Mərdanov, Flora Kərimova, Nəcibə Məlikova, Rza Əfqanlı, Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Əliağa Ağayev, Sədayə Mustafayeva, Məmməd-sadıq Nuriyev, R.Qəniyev, O.Qasımova.

Məzmun:Süleyman Rəhimovun "Mehman" povestinin mo-tivləri üzrə. Otuzuncu illərdə rayonların bi-rinə işləməyə gəlmiş prokuror qatı cinayətlər törədənlərə qarşı mübarizədə öz həyatını qur-ban verməli olur.

1968 il. "Azərbaycanfilm", 35 mm, 10 h. 2819 m., g/e, 98'35".

 

BİZİM CƏBİŞ MÜƏLLİM
Rejissor: Həsən Səyidbəyli.
Ssenarist: Maqsud İbrahimbəyov.
Operator: Arif Narimanbəyov.
Rəssam: Məmməd Hüseynov.
Bəstəkar: Emin Mahmudov.
Rollarda: Süleyman Ələsgərov, Şəfiqə Məmmədova, Muxtar Maniyev, Səfurə İbrahimova, Nəsibə Zeynalova, Əliağa Ağayev, Aqil Ağacanov, Svetlana Morşinina, Cəfər Novruzov, Fazil Salayev, Ziya Seyidbəyli, Mehriban Seyidbəyli.

Məzmun: İkinci dünya müharibəsi illərində hər cür məhrumiyyətlərə dözüb, ailəsini halal zəhmətlə dolandırmağa çalışan insanlardan bəhs edir.

1969 il. "Azərbaycanfilm", 35 mm, 8 h. 2098 m., a/q., 73'43".

 

DƏLİ KÜR

Rejissor: Hüseyn Seyidzadə
Ssenarist: İsmayıl Şıxlı
Operator: İqor Baqdanov
Rəssam: Nadir Zeynalov
Bəstəkar: Cahangir Cahangirov
Rollarda:Ələddin Abbasov, Eldar Əliyev, Leyla Bədirbəyli, Vyaçeslav Kovalkov, Məlik Dadaşov, Liya Eliava, Zemfira Sadıqova, Fikrət Əliyev, Ceyhun Mirzəyev, Reyhan Müslümova, Zemfira İsmayılova, Məmməd Bürcəliyev, İsmayıl Osmanlı, Müxlis Cənizadə, Vladimir Belokurov, Vadim Qraçov, Ənvər Həsənov, Məmməd Əlili, Muxtar Avşarov, Nəsibə Zeynalova, Mirzə Babayev, Əliağa Ağayev, M.Sadıxov.

Məzmun:İsmayıl Şıxlının eyniadlı romanı əsasında. F.də əsrimizin əvvəllərində Azərbaycanda yeni ziyalı təbəqəsinin yetişməsi və insanlarda azadlıq şüurunun formalaşmasından bəhs edir.

1969 il. "Azərbaycanfilm", 35 mm, 10 h. 2559 m., g/e., a/q., 93'30".

 

O QIZI TAPIN
Rejissor: Həsən Səyidbəyli.
Ssenarist: Həsən Səyidbəyli.
Operator: Arəif Nərimanbəyov.
Rəssam: Məmməd Hüseynov.
Bəstəkar: Tofiq Quliyev.
Rollarda:Şəmsi Bədəlbəyli, Tofiq Mir-zəyev, Eldəniz Zeynalov, Hamlet Xanızadə, Səfurə İbrahimova, Sevil Qasımova, Ramiz Məlikov, Nəsibə Zeynalova, Muxtar Maniyev, Ağahüseyn Kərimov, Hacı Murad, Stanislav Kovtun.

Məzmun:Detektiv. Hüquq-mühafizə orqanlarının avtomobil qəzasında həlak olmuş adamın düşünülmüş qətlin qurbanı olduğunu sübut etmələrindən bəhs edir.

1970 il. "Azərbaycanfilm", 35 mm, 9 h. 2476 m., g/e., a/q., 86'23".

BİZİM KÜÇƏNİN OĞLANLARI
Rejissor: Tofiq İsmayılov.
Ssenarist: Oqtay Orucov.
Operator: Rafiq Qəmbərov.
Rəssam: Nadir Zeynalov.
Bəstəkar: Nazim Əliverdibəyov.
Rollarda: Ənvər Həsənzadə, Ömür Nağıyev, S.İsmayılov, S.Dadaşova, Nəsibə Zeynalova, Əliağa Ağayev, Ağasadıq Gəraybəli, Məlik Dadaşov, Leyla Bədirbəyli, Şahmar Ələkbərov, Tariyel Qasımov.

Məzmun: Eyni küçədə böyüyən məhəllə uşaqlarının həyatda öz yerlərini tapmağa çalışmalarından bəhs olunur.

1973 il. "Azərbaycanfilm", tv., 35 mm, 8 h.2163 m, rəng., 75'38".

 

1001-ci QASTROL
Rejissor: Oqtay Mirqasımov.
Ssenarist: Oqtay Mirqasımov , Vaqif Samedoqlu.
Operator: Rafiq Qəmbərov.
Rəssam: Rafis İsmayılov.
Bəstəkar:Rafiq Babayev.
Rollarda:Rəşid Behbudov, İnara Quliyeva, İnna Leşşinskaya, Liya Eliava, Mavr Pyasetski, Rafiq Babayev, Rəsmi Cəbrayılov, Adil İskəndərov, Nəsibə Zeynalova, Eldar Əliyev, Rafiq Əzimov, Adil İsmayılov.

Məzmun:Musiqili f. Rəşid Behbudovun Mahnı Teatrının yaradılması ilə bağlı əyləncəli əhvalatlardan bəhs edir.

1974 il. "Azərbaycanfilm", 35 mm, 7 h.1948 7m, g/e., rəng., 68'43".

İLK BAXIŞDAN SEVGİ
Janr:Lirik komediyasi.
Rejissor: Rezo Esadze.
Ssenarist: Eduard Topol.
Operator: Yuriy Voronsov.
Rəssam: Qeorqiy Kropçayev.
Bəstəkar:Yakob Boboxidze. Sözlər: Bulat Okudjava
Rollarda: Vaxtang Pançulidze, Ramaz Çxikvadze, Kaxi Kavsadze, Nəsibə Zeynalova, Vladimir Novikov, Valida Xizroyeva, Rezo Esadze, Vladimir Nosik, Vladimir Totosov və s.

1975-1988 il. Lenfilm, Qruziyafilm
XOŞBƏXTLİK QAYĞILARI
Rejissor: Həsən Səyidbəyli
Ssenarist: Həsən Səyidbəyli
Operator: Rasim İsmayılov
Rəssam: Məmməd Hüseynov,Mayıs Agabəyov
Bəstəkar:Tofiq Quliyev
Rollarda: Firuz Babayev, Şəfiqə Məmmədova, Nəsibə Zeynalova, Xalidə Qasımova, Şükufə Yusifova, Dilarə Hüseynova, Cəmilə Ağayeva, Rəna Cabbarova, Rasim Balayev, Muxtar Maniyev, Tahir Yaxin, Ələsgər Məmmədoğlu, Mehdi Seyidbəyli, Zahirə İsmayılova, Əli Zeynalov.

Məzmun: İnsan səadətinin, ailə xoşbəxtliyinin təkcə maddi nemətlərin əldə olunması ilə ölçülməməsindən bəhs edir.

1976 il. "Azərbaycanfilm", 35 mm, 9 h., 2489 m., a/q., 86'28"

QAYINANA
Rejissor: Hüseyn Seyidzadə.
Ssenarist: Əjdər İbrahimov, Marqarita Maleyeva.
Operator: Fikrət Əsgərov.
Rəssam: Nadir Zeynalov.
Bəstəkar: Tofiq Quliyev.
Rollarda: Nəsibə Zeynalova, İnarə Quliyeva, İlham Əhmədov, Tənilə Əhmərova, Fuad Poladov, Səfurə İbrahimova, Tələt Rəhmanov.

Məzmun: M.Şamxalovun eyniadlı pyesinin motivləri əsasında. Ailə konflikti üzərində qurulmuş məişət mövzulu musiqili komediya.

1978 il. "Azərbaycanfilm", 35 mm, 8 h., 2165 m., g/e., rəng., 76'30".

MƏN MAHNI BƏSTƏLƏYİRƏM
Rejissor: Tofiq İsmayılov.
Ssenarist: Tofiq İsmayılov.
Operator: Zaur Məhərrəmov.
Rəssam: Nadir Zeynalov.
Bəstəkar: Polad Bülbüloğlu.
Rollarda:Olya Rojdestvenskaya, Elxan Cəfərov, Həsənağa Turabov, Konstantin Dauşvili, Nəsibə Zeynalova, Leyla Bədirbəyli, Eldəniz Zeynalov, Amaliya Pənahova, Sadıq Hüseynov, Kamil Məhərrəmov, Ağasadıq Gəraybəyli, Rafiq Əzimov, Gülşən Qurbanova, Oqtay Şeyxov.

Məzmun:İstedadlı qızının xüsusi musiqi təhsili almağına razılaşmayan ata, kənd camaatının təkidi ilə fikrindən dönməli olur.

1978 il. "Azərbaycanfilm", tv, 35 mm, 8 h., 2225 m, rəng., 81'00".

 

BAĞLI QAPI
Rejissor: Rasim Ocaqov.
Ssenarist: Rüstəm İboahimbəyov.
Operator: Rafiq Qəmbərov.
Rəssam: Fikrət Bağırov.
Bəstəkar: Emin Sabitoğlu.
Rollarda: Rodion Naxapetov, Nəsibə Zeynalova, Aleksandr Kalyagin, Dadaş Kazımov, Hacı İsmayılov, Larisa Xələfova, Məmməd Məmmədov, Frunzik Mkrtıçyan, Svetlana Məmmədova, Vaqif Həsənov, Viktor Dəmirtaş, Gülya Salahova, Elçin Məmmədov, Sadıq Hüseynov, Nailə Mahmudova.

Məzmun: R.İbrahimbəyovun ?Yaşıl qapı arxasında qadın? pyesi əsasında. Əxlaqi mahiyyət daşıyan kinodramda fəal həyat mövqeyi seçilməsinin əhəmiyyətindən bəhs olunur.

q.15-ci Ymumittifaq Kino Festivalında əxlaqietik problemlərin işlənməsinə görə yaradıcı kollektivə priz və diplom (Tallin -1982).

 

QORXMA, MƏN SƏNİNLƏYƏM
Rejissor: Yuli Qusman.
Ssenarist: Yuli Dunski, Valeri Frid.
Operator: Valeri Kərimov.
Rəssam: Nadir Zeynalov.
Bəstəkar: Polad Bülbüloğlu.
Rollarda:Lev Durov, Muxtambəy Kantemirov, Polad Bülbüloğlu, H.Ömərova, Mirzə Babayev, Nəsibə Zeynalova, Həsənağa Turabov, Cahangir Novruzov, Sergey Yurski, Aleksandr Şarovski.

Məzmun:F.hadisələr XIX ə. sonu - XX ə. əvvəllərində baş verir. Zülmkarlara qarşı mübarizə iki sevən gəncin məhəbbəti fonunda baş verir.

1981 il. "Azərbaycanfilm",tv, 35 mm, 16 h.,4070 m, rəng., 147'33".

BƏYİN OĞURLANMASI
Rejissor: Ceyhun Mirzəyev, Vaqif Mustafayev.
Ssenarist: Mövlud Süleymanlı.
Operator: Ələsgər Ələkbərov, Rəşid Nağıyev.
Rəssam: Elbəy Rzaquliyev, Rafiq Nəsirov.
Bəstəkar: Emin Sabitoğlu.
Rollarda: Yaşar Nuriyev, Şamil Süleymanov, Həsənağa Turabov, Hacı İsmayılov, Natəvan Məmmədova, Səyavuş Aslan, Nəsibə Zeynalova, Arif Quliyev, Tamara Şakirova, Eldəniz Zeynalov, Səməndər Rzayev, Gümrah Rəhi-mov, Mirzə Babayev.

Məzmun: Toy haqda f. çəkmək üçün kəndə gələn kinematoqrafçılar ssenarinin real həyatdan xeyli uzaq olduğunu anlayaraq, əsl toyu lentə almaq qərarına gəlirlər.

1985 il. "Azərbaycanfilm", 35 mm, 8 h 2023 m.,g/e., rəng., 71'00".

 

QƏM PƏNCƏRƏSİ
Rejissor: Anar.
Ssenarist: Anar.
Operator: Hüseyn Mehdiyev.
Rəssam: Elbəy Rzaquliyev, Rafiq Nəsirov.
Bəstəkar: Cavanşir Quliyev.
Rollarda:Həsənağa Turabov, Elmira Şabanova, Həsən Məmmədov, Şüküfə Yusifova, Vaqif Həsənov, Mərahim Fərzəlibəyli, Səyavuş Aslan, İlham Səfərov, Ruslan Nəsirov, Leyla Şıxlinskaya, Zərnigar Ağakişiyeva, Fərhad Manafov, Məmməd Bürcəliyev, Nəsibə Zeynalova, Yaşar Nuriyev, Muxtar Avşarov, Rafiq Əliyev, Hamlet Xanızadə, Gümrah Rəhimov, Mirzə Babayev, Ramiz Əzizbəyli, Ramiz Məlikov, Natiq Abdullayev, Gündüz Abbasov, Ələsgər Məmmədoğlu, Arif Quliyev.

Məzmun:Milli ədəbiyyatın klassiki Cəlil Məmmədquluzadəyə həsr olunmuşdur. Filmdə ədibin "Danabaş kəndinin əhvalatları" povestindən istifadə olunmuşdur.

1986 il. "Azərbaycanfilm",35 mm, 1-ci seriya 7 h., 1972 m., 2-ci seriya 6 h. 1703m, g\e., rəng., 129'00". q.Sponsor "Rimur" konserni.

 

XÜSUSİ VƏZİYYƏT
Rejissor: Tofiq İsmayılov
Ssenarist: Ramiz Fətəliyev
Operator: Kənan Məmmədov
Rəssam: Nadir Zeynalov, Elbəy Rzaquliyev
Bəstəkar:Tofiq Quliyev
Rollarda:Tofiq Mirzəyev, Nəsibə Zeynalova, Səyavuş Aslan, İrina Yakimova, Səməndər Rzayev, Tariyel Qasımov, Yaşar Nuriyev, Rafiq Əzizbəyli, Rəfael Dadaşov, İlham Əsgərov, Məbud Məhərrəmov, Rafiq Kərimov, Muxtar Maniyev, Sofa Bəsirzadə, Hamlet Xanızadə.

Məzmun:M.Süleymanovun ?Zirvələrdə? romanının motivləri əsasında. Filiz mədənində işləyən iki fəhlə arasında baş verən dramatik münaqişə onların mənəvi mövqelərini açıqlayır.

1986 il. "Azərbaycanfilm", tv, 35 mm., 15 h., 3680 m., rəng, 134'30".

 

GECƏ QATARINDA QƏTL
Rejissor: Əbdül Mahmudov
Ssenarist: Əbdül Mahmudov, Natiq Rəsulzadə
Operator: Kənan Məmmədov
Rəssam: Kamil Nəcəfzadə
Bəstəkar: Arif Məlikov
Rollarda:Fərhad Manafov, Həsənağa Turabov, Diana Malaya, Nəsibə Zeynalova, Elmira Şabanova, Muxtar Maniyev, V.Kovtun, F.Mehdiyev, Y.Adıgözəlov, Y.Muxtarov, N.Dəmirov.

Məzmun:Əfqan müharibəsindən qayıdıb cinayətkar qrupa qoşulan gəncin taleyindən bəhs edir.

1990 il. "Azərbaycanfilm","Universalbank" 35mm 9 h. 2230m, rəng.,94'36".

 

YUXU
Rejissor: Fikrət Əliyev.
Ssenarist: Fikrət Əliyev, Qasım Səfəroğlu.
Operator: Valeri Kərimov.
Rəssam:
Bəstəkar: Azər Dadaşov.
Rollarda:Nəsibə Zeynalova, Səyavuş Aslan, Yaşar Nuri, Ayan Mirqasımova, Zərnigar Ağakişiyeva, Gündüz Abbasov, İlham Qasımov, Nuriyyə Əhmədova, Qorxmaz Əlili.

Məzmun:Lirik komediya. Hadisə baş qəhrəmanın yuxusu ətrafında cərəyan edir: sevgilisinə qovuşmaq üçün, o, heç nədən qorxmadan mübarizə aparır.

1995 il. "Vahid"st, 35 mm 9 h. 2500 m rəng. 91'30" q. Sponsor: "Vahid" Xeyriyyə Cəmiyyəti.

GÜLLƏLƏNMƏ TAXİRƏ SALINIR
Janr: Dram
Rejissor: Murad Aləkpərov
Rollarda: Nəsibə Zeynalova, Fuad Poladov, Cahangir Novruzov, Yaşar Kuliyev, Mirvari Novruzova, Tələt Rəhmanov, Məlik Dadaşov, Eldar Bağırbəyov.

1993 il. Azərbaycan.
 
 
:::: Anons ::::

Mayın 31-də Rusiyanın məşhur “Krasnoye Sormovo” gəmiqayırma zavodunda yeni RST22 layihəsi əsasında hazırlanan tankerinin təntənəli suya buraxılma mərasimi keçirilib...

Ətraflı

 
 Mükafatlar
 Mətbuatda
 Atası - Zeynəlov Cahanqir Məşədi Rza oğlu
 Oğlu - Novruzov Cahanqir Mütəllib oğlu
 “Nəsibə Zeynalova” tankeri
 Sayt haqqında
 
 
 
 
Azərbaycan Respublikasının xalq artisti
Nəsibə xanım Zeynalovanın 90 illik yubileyinə həsr olunur.
Designed by: FG