Sayt haqqında
Azərbaycan Respublikasının xalq artisti Nəsibə xanım Zeynalovanın 90 illik yubileyinə həsr olunur.

Nəsibə xanım sənətinin pərəstişkarlarının arzusunu nəzərə alaraq bu saytı açdıq. Aktrisanın zəngin həyat və yaradıcılığını bu saytda əks etdirməyə çalışmışıq. Sənətkarın böyük yaradıcılıq arxivini əldə etmişik. Sevimli sənətkarın sənət fəaliyyəti ilə bağlı informasiyaları mütamadi olaraq saytımızda yerləşdirəcəyik. Məqsədimiz yalnız pərəstişkarları sənətkar barədə informasiya arxivi ilə tanış etmək deyil, həm də onun barəsində sayt vasitəsilə yeni informasiya mübadiləsi etməkdir. Azərbaycan Mədəniyyətinə böyük töhvələr vermiş Nəsibə xanım Zeynalovanın həyatı barədə yeni informasiyalar bizim üçün və eləcə də bütün sevənləri üçün çox maraqlı olardı. İstərdik ki, bu sayta daxil olarkən Nəsibə xanımı bir insan kimi də yaxından öyrənə bilək. Nəsibə xanım sənətinin heyranları bu sayta daxil olmaqla, onun həyat və yaradıcılığı haqqında məlumatlar əldə edə biləcəklər. Çox maraqlı həyatı olduğundan, Nəsibə xanım barədə xeyli informasiya toplaya bilmişik və onları sizin diqqətinizə çatdırmağa çalışacağıq. Sayta daim yeni arxiv materialları, faktlar, məktublar, rəylər, şəkillər əlavə ediləcək. Əlimizdə olan materiallar Nəsibə xanımın zəngin fəaliyyətinin yalnız bir parçasıdır. Əgər xatirinizdə hər hansı bir informasiya, şəkil və ya sənəd varsa, sizdən bu məlumatı e-mail göndərməyi rica edirik.

Siz həmçinin arzularınızı və aktrisa haqqında xatirələrinizi qonaq kitabında yaza bilərsiniz. Sizin bütün təklif və arzularınızı yerinə yetirməyə çalışacağıq.

Nəsibə Zeynalovanın ailəsi bu internet səhifəsinin yaradılmasında əməyi olan hər bir kəsə öz minnətdarlığını bildirir.

Teatrşünas, professor İlham Rahimli

Az.Döv.Mus.Komediya teatrının durektoru Hacıbaba Bağırov

Həmçinin redaktorlar:

Məryəm xanım Zöhrabova
Rahim Hüseynov
İlkin Rəşidov
Vüqar Cəlilov
Nurlana Ramazanova

Vebdizayner Fuad Gülməmmədova xüsusi minnətdarlığımızı bildiririk.

 
 
:::: Anons ::::

Mayın 31-də Rusiyanın məşhur “Krasnoye Sormovo” gəmiqayırma zavodunda yeni RST22 layihəsi əsasında hazırlanan tankerinin təntənəli suya buraxılma mərasimi keçirilib...

Ətraflı

 
 Mükafatlar
 Mətbuatda
 Atası - Zeynəlov Cahanqir Məşədi Rza oğlu
 Oğlu - Novruzov Cahanqir Mütəllib oğlu
 “Nəsibə Zeynalova” tankeri
 Sayt haqqında
 
 
 
 
Azərbaycan Respublikasının xalq artisti
Nəsibə xanım Zeynalovanın 90 illik yubileyinə həsr olunur.
Designed by: FG